Müdafiə nazirləri Tehranda toplaşır

Müdafiə nazirləri Tehranda toplaşır

Bu gün Tehranda İran, Rusiya və Suriya müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

APA-nın Tehran bürosunun məlumatına görə, Hüseyn Dehqan, Sergey Şoyqu və Fəhd Casim Əl-Fəricin iştirak edəcəyi görüşdə terrorizmlə mübarizə məsələləri müzakirə olunacaq.

Danışıqlar zamanı bölgədə baş verən son proseslər və terrorizmlə mübarizə yollarının genişləndirilməsinə dair fikir mübadiləsi aparılacaq.

0
8