Türkiyədə güclü partlayış - YENİLƏNİB + VİDEO

Türkiyədə güclü partlayış - YENİLƏNİB + VİDEO

Ölən var.

Türkiyənin Mardin vilayətinin Midyat rayonunda yerli polis idarəsinə terror hücumu zamanı 3 nəfər həlak olub.

Oxu.Az-ın DHA agentliyinə istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 11.00 radələrində baş verib. 

Batman vilayəti istiqamətindən gələn yük avtomobili sürətlə Midyat polis idarəsinin həyətinə daxil olmaq istəyib. Binanın çölündə keşik çəkən polislər bunun terror hücumu olduğunu anlayaraq atəş açıblar. 

Nəticədə yük avtomobili idarənin həyətinə girmədən partlayıb.  

Baş nazir Binəli Yıldırım terror hücumu zamanı 1 polis əməkdaşı və 2 mülki vətəndaşın həlak olduğunu bildirib. Yaralıların sayı 30-dan çoxdur.

14:02

Türkiyənin cənubi-şərqində Mardin vilayətində Təhlükəsizlik İdarəsinin binasının yaxınlığında güclü partlayış baş verib.

Oxu.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, terror aktı nəticəsində ən azı iki polis ölüb, 20-dən çox adam yaralanıb. 

İlkin məlumata görə, minalanmış avtomobildə 500 kq yaxın partlayıcı olub. 

0
24