Asiya bankı “Şahdəniz-2” layihəsi üçün kreditin ayrılmasını təxirə saldı

Asiya bankı “Şahdəniz-2” layihəsi üçün kreditin ayrılmasını təxirə saldı

Məsələyə sentyabrın 27-də baxılacaq.

Azərbaycan bir qədər sonra “Şahdəniz-2” qaz-kondensat yatağının işlənməsi və “Cənub Qaz Dəhlizi” layihələrində Asiya İnkişaf Bankını əsas kreditorlar siyahısında görə bilər. 

Oxu.Az bu barədə ABC.az-a istinadən xəbər verir. 

Bankın web-saytında yerləşdirilən məlumata görə, “Şahdəniz-2 investisiya planı”nın İdarə Heyəti tərəfindən çoxtranşlı maliyyələşdirmə (MFF) proqramında nəzərdən keçirilməsi təxirə salınıb. 

“Layihənin baxılması 2016-cı ilin avqustun 22-dən sentyabrın 27-nə keçirilib”, - məlumatda deyilir. 

MFF-nin realizəsi üçün 1,505 milyard dollar ayrıla bilər. İcraçı agentlik “Cənub Qaz Dəhlizi” QSC ((CQD/SGC).) olacaq.

Bank MFF-ni “Şahdəniz-2” yatağının tammiqyaslı işlənməsində hökumətin cari investisiyalarının dəstəkləyəcəyini bildirib. İnvestisiya planı “Şahdəniz” yatağından təbii qazın hasilatı, emalı və ixracı sayəsində gəlirin artırılması vasitəsilə Azərbaycanın fiskal mövqeyinin yaxşılaşdırılmasına, eləcə də əlavə daxili məşğulluğun yaradılmasına istiqamətlənib.  

Plan, bankın kommersiya maliyyələşdirməsinə dəstək üçün layihənin dəyərinin 16,67% həcmində, qismən kredit zəmanəti (PCG) təqdim edəcək. 

Hökumətin payına layihənin işlənməsi məsrəfləri daxildir. Üçüncü tərəfin mümkün şərtlər altında ADB-dən PCG məbləğində maliyyə təqdim edə bilmədiyi təqdirdə,  Asiya İnkişaf Bankı layihəyə investisiya üçün hökumətə kreditin verilməsi məsələsinə baxacaq. 

Qeyd edək ki, ADB də layihə üzrə təklifdən imtina etməyib.  

0
29