Şamaxıda qardaşını güllələyən şəxs saxlanılıb

Şamaxıda qardaşını güllələyən şəxs saxlanılıb

1 ədəd ov tüfəngi götürülüb.

Şamaxıda dəhşətli qətli törədən şəxs saxlanılıb.

Oxu.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyunun 7-də Şamaxı şəhərində yaşayan Azad Rəşidzadə evində ailə-məişət münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə qardaşı Azərə və onun arvadı Möminəyə xəsarət yetirib hadisə yerini tərk edib. 

Nəticədə Azər aldığı xəsarətdən hadisə yerində ölüb, Möminə xəstəxanaya yerləşdirilib.

Şamaxı RPŞ əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd ov tüfəngi götürülüb.

Şamaxı RPŞ və Qusar RPŞ əməkdaşlarının "isti izlər"lə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Rəşidzadə tutulub. 

0
26