Kərə yağının içində marixuna keçirmək istəyən azərbaycanlı saxlanıldı - FOTO

Kərə yağının içində marixuna keçirmək istəyən azərbaycanlı saxlanıldı - FOTO

Partiyanın yarısını narkodaşıyıcı vaqonun ayaqyolusunda gizlədib.

Xarkov-Bakı qatarında Azərbaycan vətəndaşında ümumi çəkisi 2,8 kq olan dörd bağlama narkotik aşkar edilib. 

Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Belqorod gömrük idarəsinin mətbuat xidmətindən bildiriblər. 

“Partiyanın yarısını narkodaşıyıcı vaqonun ayaqyolusunda gizlədib. Qalan bağlamaların isə üzərinə kərə yağı tökərək karton qutularda yerləşdirərək oturacağın altında gizlədib”, - məlumatda qeyd edilir.

Dindirilmə zamanı qaçaqmalçı narkotikləri Xarkovda aldığını və vətənə satmağa apardığını bildirib. 

“Gömrük İttifaqı sərhədindən qanunsuz narkotik keçirilməsi” maddəsi üzrə cinayət işi açılıb. Narkotik daşıyıcısı həbs edilib. 

0
35