Tolikin özəl günündə nələr oldu? - VAĞZALI ÇALINDI - FOTO - VİDEO

Tolikin özəl günündə nələr oldu? - VAĞZALI ÇALINDI -  FOTO - VİDEO

Prodüser Tarix Əliyev (Tolik) ötən gün paytaxt məkanlarının birində özünə ad günü keçirib. Lent.az-ın məlumatına görə, prodüserin özəl gününə şou-biznesin bir çox tanınmış simaları qatılıb. Gecədə ən yadda qalan məqamlardan biri Tolik üçün xüsusi hazırlanmış tortun vağzalı sədaları altında məclisə gətirilməsi olub. Gecə saatlarına qədər davam edən məclisdə şou ulduzları ifa edərək, gecəyə rəng qatıblar.

Tolik özəl günündə bu sözləri dilə gətirib: "Bu gün bura yalnız mənə yaxın olan dostlarımı dəvət etmişəm. Gəldikləri üçün təşəkkür edirəm. Bu ad günümdə özümə ailə və övlad arzu edirəm. Bu arzu həm də atamla, anamın arzusudur. İnşallah qismət olsa, ailə quracam".

Qeyd edək ki, Tolikin ad gününə xalq artisti Firəngiz Mütəllimova, əməkdar artistlər Tünzalə Ağayeva, Ədalət Şükürov, müğənnilər Nadir Qafarzadə,  Səidə Sultan, Emil Bədəlov, Mətanət Əsədova, Elton Hüseynəliyev, Günel Ələkbərova, Elnur Məmmədov, Xuraman Şuşalı, Abdül Xalid, Rəqsanə İsmayılova, Aşıq Samirə, Sevinc-Sevil bacıları, aparıcılar Afaq Gəncəli, Samir Bayramlı, prodüser Təranə Səmədova və başqaları gəlmişdi.

Gecədən fotoqraf Pərviz SALIYEVin çəkdiyi şəkilləri təqdim edirik. Video müəllifə məxsusdur.

0
50