Britaniya donanması rus sualtı qayığını aşkar edib

Britaniya donanması rus sualtı qayığını aşkar edib

Söhbət “Kilo” sinfinə aid qayıqdan gedir.

Rusiyaya məxsus qanadlı raketlər daşıya bilən sualtı qayıq Şimal dənizində saxlanılıb.  

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Qayıq NATO qüvvələri tərəfindən saxlanılıb və hazırda onu Britaniyanın “HMS Kent” gəmisi müşayiət edir.

Kral HDQ-nin məlumatına görə, söhbət NATO terminologiyası üzrə “Kilo” sinfinə aid qayıqdan gedir (“Paltus” 877 layihə və ya “Varşavyanka”).

“HMS Kent” gəmisinin komandiri Daniel Tomas bəyan edib ki, rus qayığı NATO üzrə müttəfiqlər ilə birgə səylər nəticəsində aşkar edilib. O əlavə edib ki, bu qəbildən olan təqiblər Kral Hərbi Dəniz Donanması üçün adi fəaliyyət növlərindəndir.  

0
24