Saakaşvili çadıra köçdü – FOTO

Saakaşvili çadıra köçdü – FOTO

“Bu yolun təmirinin yekunlaşdırılmasına nə qədər vaxt lazım gələrsə, o qədər burada qalacam”.

Odessa-Reni trasında təmir işləri yekunlaşanadək, həmin ərazidə quraşdırılan çadırda çalışacam. 

Oxu.Az xəbər verir ki, “112 Ukrayna” telekanalının yaydığı məlumata görə, bunu  iyunun 5-də bəyan edib. 

Telekanalın məlumatına görə, yol kənarında quraşdırılan çadırın üzərində “Odessa vilayəti Dövlət Administrasiyasının başçısı Mixail Saakaşvilinin müvəqqəti kabineti” yazılıb.

“Bu yolun təmirinin yekunlaşdırılmasına nə qədər vaxt lazım gələrsə, o qədər burada qalacam”, - Saakaşvili bəyan edib. 

O, həmçinin işlərin intensivliyi və maliyyələşdirilməsindən narazı olduğunu qeyd edib. 

Təmir işləri 1940-1950-ci illərdə inşa edilən Odessa-Reni yolunda aparılacaq. 

0
25