“Playboy” malikanəsi satıldı – FOTO

“Playboy” malikanəsi satıldı – FOTO

Milyarder iş adamı Hefnerin şərtini də qəbul edib.

“Playboy” jurnalının qurucusu Hugh Hefnerin bu ilin ilk aylarında satışa çıxardığı əfsanəvi malikanə milyarder iş adamı tərəfindən satın alınıb.

Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, malikanəni qonşu binada yaşayan Daren Metropoulos satın alıb. Onun oğlu Daren 22 otaqlı malikanə üçün 100 milyon dollardan çox pul ödəyib.

Malikanənin yeni sahibi həyatının çoxunu burada keçirən Hefnerin ölənə qədər burada yaşamasını da qəbul edib.

Xatırladaq ki, 90 yaşlı Hefner malikanənin satışa çıxaranda yeni sahibin ölənə qədər onun burada yaşamasına icazə verməsi şərtini qoymuşdu. Hefner həmçinin malikanəni satın alacaq adamın o ölənə qədər yataq otağına qətiyyətlə girə bilməyəcəyini də açıqlamışdı.

1927-ci ildə Artur R.Kelly tərəfindən hazırlanan Gothic Tudor tərzindəki malikanədə tennis, basketbol sahələri, hovuz, şərab zirzəmisi, bağçasında şəlalə və s. var.

Hug Hefner 30 yaşlı xanımı Crystal Harris ilə birlikdə bu malikanədə yaşayır. “Playboy” evinin yeni sahibi şərti qəbul etdiyinə görə, Hefner ölənə qədər burada yaşamağa davam edəcək.

Aytən Sadıqzadə

0
17