Nazir: Bayramda valyutadəyişmə məntəqələri çalışmalı idi

Nazir: Bayramda valyutadəyişmə məntəqələri çalışmalı idi

"Bu kimi hallar aradan qaldırılacaq".

Mən də hesab edirəm ki, bu məntiqə sığışmayan vəziyyət idi. Bütün dünyada olduğu kimi bazar günləri və bayramda həm valyuta dəyişmə məntəqələri, həm də bankomatlar çalışmalı idi. Biz hesab edirik ki, Azərbaycanda turizm koordinasiyası mövcuddur. Lakin bəzən bu hallar ilə rastlaşırıq.

Oxu.Az xəbər verir ki, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Novruz bayramında turstlərin valyuta dəyişməkdə yaşadıqları çətinlik ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, yeni qəbul ediləcək Turizm haqqında qanunda bu məsələ həll olunacaq:

"Hesab edirəm ki, bu yaxınlarda Turizm haqqında yeni qanunun qəbul edilməsi və dövlətin turizm inkişaf strategiyası təsdiq olunandan sonra, bu kimi hallar aradan qaldırılması üçün hüquqi baza yaradılacaq".

"Hər bir şirkət, hər bir müəssisə, hər bir dövlət müəssisəsi, nazirlik onların səlahiyyətləri çərçivəsində turistlərin xidmətlərini yüksək səviyyədə təqdim etmək üçün lazımi işlər görəcəklər", - deyə nazir əlavə edib.

Ülviyyə R. Əli

Mənbə:
0
13