Mingəçevirdə yolda qalan sərnişinlər polisin üstünə gəldi – VİDEO

Mingəçevirdə yolda qalan sərnişinlər polisin üstünə gəldi – VİDEO

Reyd keçirilib.

Mingəçevir Şəhər Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını, eləcə də qanundan irəli gələn digər tələbləri pozan sürücülərə qarşı reyd keçiriblər.

Oxu.Az EL TV (Region TV) istinadən xəbər verir ki, həyata keçirilən tədbirlər zamanı avtomobillərin texniki vəziyyətinə qanundan kənar müdaxilə edən, nəqliyyat vasitələrinin ön, arxa, habelə yan şüşələrində görməni məhdudlaşdıran vasitələr quraşdıran, sürücülük hüququ olmadan avtomaşını idarə edən sürücülər saxlanılıb.

Alkoqollu içki qəbul edərək sükan arxasına əyləşən sürücülər barəsində də müvafiq tədbirlər görülüb.

Həmçinin sərnişindaşıma zamanı avtobusa nəzərdə tutulduğundan artıq sərnişin mindirən sürücülərə qarşıda cərimələr tətbiq olunub. Reyd zamanı avtobusda gözləməli olan sərnişinlər polisə narazılıqlarını bildiriblər, onlar avtobusdan düşərək polisdən açıqlama tələb ediblər.

0
16