Azərbaycan Rusiyadan təyyarə alacaq

Azərbaycan Rusiyadan təyyarə alacaq

“Bakıda tədris mərkəzinin açılacağını istisna etmirik”.

Rusiyanın “İlyuşin Finans” lizinq şirkəti və “Azərbaycan Hava Yolları” (AZAL) QSC 10 ədəd “MS-21” təyyarəsinin alınmasında maraqlılıq haqqında memorandum imzalayıblar.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, sənəd Rusiya Baş nazirinin müavini Dmitri Roqozin və Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubovun iştirakı ilə imzalanıb.

Sənədi “İlyuşin Finans Ko”nun baş direktoru Aleksandr Rubtsov və AZAL-ın baş direktoru Cahangir Əsgərov imzalayıblar.

A.Rubtsovun sözlərinə görə, gələcəkdə daha böyük partiya üçün müqavilə bağlanarsa, “biz Bakıda tədris mərkəzi açacağımızı istisna etmirik”.

Qeyd edək ki, “MS-21” (“XXI əsrin Magistral təyyarəsi”) Rusiyanın “İrkut” korporasiyası tərəfindən istehsal olunur.

Bu, Rusiyanın yaxın-orta məsafəli ilk təyyarəsidir. “MS-21” təyyarələrinin ilk tədarükləri 2018-ci ilin IV rübünə planlaşdırılıb.

0
9