ABŞ və Kuba xüsusi xidmət orqanları bir araya gələcək

ABŞ və Kuba xüsusi xidmət orqanları bir araya gələcək

ABŞ və Kuba xüsusi xidmət orqanları ilk dəfə olaraq terrorçuluqla mübarizə üzrə ekspertlərinin görüşünü keçirəcəklər. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin saytında bildirilir.

“ABŞ və Kuba ilk dəfə olaraq iyunun 8-də Havanada terrorçuluqla mübarizə sahəsində təcrübə mübadiləsinə dair danışıqlar aparacaqlar”, - deyə məlumatda bildirilir.

ABŞ nümayəndə heyətində Federal Təhqiqatlar Bürosu, Gömrük və Sərhəd Nəzarəti Xidmətləri, Daxili Təhlükəsizlik Nazirliyi və Dövlət Departamentinin əməkdaşları təmsil olunacaqlar.  

0
11