AÇ-2016: Açılış matçının hakimləri bəlli oldu

AÇ-2016: Açılış matçının hakimləri bəlli oldu

Avropa çempionatının açılış oyununun hakimləri açıqlanıb. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, iyunun 10-da keçiriləcək Fransa - Rumıniya matçını Viktor Kassainin başçılıq etdiyi macarıstanlı hakimlər briqadası idarə edəcək.

Ona yan xəttdə Dyerd Rinq ilə Ventsel Tot kömək edəcəklər.

Əlavə köməkçi hakimlər isə Tamaş Boqnar ilə Adam Farkaş olacaq.

Oyuna ehtiyat hakimləri isə macarıstanlı olmayacaqlar. Bu vəzifəyə hollandiyalılar Byonr Kuyperslə Sander van Rukel təyin olunub.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

0
23