Qanunsuz miqrantlar Avropada bir daha həbsxanaya salınmayacaqlar

Qanunsuz miqrantlar Avropada bir daha həbsxanaya salınmayacaqlar

Avropa İttifaqı Məhkəməsi qanunsuz yolla Aİ-yə gələn miqrantların həbsxanaya salınmasının qadağan olunmasına dair qərar qəbul edib.

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə,  məhkəmənin qərarında qeyd olunur ki, miqrantlar həbs cəzası əvəzinə gəldikləri ölkəyə deportasiya edilməlidirlər.

Bundan başqa, qərara əsasən, deportasiya proseduru  həyata keçirilən zaman həddindən artıq gücdən istifadə etmək qadağandır.

Həmçinin, qeyri-leqal miqrantların həyatı üçün heç bir təhlükə yaradılmamalıdır.  

0
9