Nəvəsi ilə gəzintiyə çıxan jurnalist öldürüldü

Nəvəsi ilə gəzintiyə çıxan jurnalist öldürüldü

Qvatemalada tanınmış həkim və televiziya aparıcısı Viktor Valdes Kardona cinayətkarlar tərəfindən qətlə yetirilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  Valdes Kardona nəvəsi ilə Qvatemalanın Çikimula şəhərində küçədə gəzərkən motosikletdə hərəkət edən naməlum şəxslər ona yaxınlaşaraq atəş açıblar.

Jurnalistin qızı atasının düşmənlərinin olmadığını bildirib.  Valdes Kardona mədəniyyət haqqında verilişin aparıcısı olub.

Qətlin səbəbləri araşdırılır.

0
11