Avtobus qayaya çırpıldı: 17 ölü, 18 yaralı

Avtobus qayaya çırpıldı: 17 ölü, 18 yaralı

Boliviyada avtobusun qəzaya uğraması nəticəsində 17 nəfər ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  Vilyanson-La-Pas marşrutu üzrə hərəkət edən avtobus yol kənarındakı qayaya çırpılıb, sonra isə aşıb.

Ölənlərdən 9-u kişi, 8-i isə qadındır.

Bu, Boliviyada ilin əvvəlindən bəri ən böyük yol qəzasıdır.

0
18