Messi "Barselona"nı bu kluba dəyişir

Messi "Barselona"nı bu kluba dəyişir Argentina milli komandasının və "Barselona”nın ulduz futbolçusu Lionel Messi klubundan ayrılmaq istəyir. ANS PRESS-in məlumatına görə, bu iddia ilə "Daily Mail" çıxış edib.   İddia edilir ki, vergidən yayınma iddiaları ilə məhkəmə qarşısına çıxan argentinalı ulduz yetirməsi olduğu klubu tərk etmək niyyətindədi. "Daily Mail" yazır ki, Joze Mourinyonu komandanın başına gətirən və sensassiyalı transferlərə imza atan "Mançester Yunayted"in hədəfindəki futbolçulardan biri də məhz Messidi.    "Barselona"dan ayrılmaq istəyən futbolçu özü də Premyer Liqada oynamağın əleyhinə deyil.
0
9