Qaçqın mərkəzində yanğın: 22 yaralı

Qaçqın mərkəzində yanğın: 22 yaralı

 Almaniyanın Düsseldorf şəhərində yerləşən qaçqın mərkəzində baş verən yanğın nəticəsində azı 22 nəfər xəsarət alıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, mərkəzdə, ümumilikdə, 282 miqrant yerləşdirilib, lakin hadisə baş verən an orada 130 nəfər olub. Xəsarət alanlar, əsasən, tüstüdən zəhərləniblər.

Hadisənin səbəbləri hələlik müəyyənləşdirilməyib. Hadisə ilə bağlı 2 nəfər şübhəli şəxs qismində saxlanılıb.

0
17