Polad Bülbüloğlu dünyaya çığırış etdi

Polad Bülbüloğlu dünyaya çığırış etdi

"Metsamor AES-də "Çernobıl" tipli reaktora malikdir. Bundan başqa, bu AES yüksək seysmik zonada yerləşir. Təsadüfi deyil ki, 1989-cu ildə Spitakdakı zəlzələdən sonra Sovet İttifaqı hakimiyyəti Metsamor AES-in fəaliyyətini dayandırmağı məqsədəuyğun hesab etmişdilər". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "Moskovski Komsomolets" qəzetinə müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

"Metsamor AES-də qəza olarsa,bundan hər şeydən əvvəl ən çox Ermənistanın özü əziyyət çəkəcək. Gürcüstan, İran, Türkiyə və təbii ki, Azərbaycan əziyyət çəkəcək. Məz ona görə də, biz, beynəlxalq ictimiayyəti və Rusiyanı yaranan təhlükəni neytrallaşdırmaq üçün həqiqi tədbirlər görməyə çağırırıq. Bəyəm hamı susmalıdır? Yəqin ki, Yaponiyada hər şey az təhlükəsiz və texnoloji deyildi. Lakin bu baş verdi ki! Bəli, orada sunami olmuşdu. Burada isə zəlzələ ola bilər. Tarix baxımından Spitakdakı dəhşətli zəlzələ elə də çoxdan baş verməyib. Biz hamımız bunu xatırlayırıq",deyə səfir qeyd edib.

Polad Bülbüloğlu erməni deputat və hərbçilərinin Ermənistanın nüvə silahına malik olmaları ilə bağlı səsləndirdikləri iddialara da münasibət bildirib. Səfir Ermənistanın bir sıra hərbçi və deputatlarının, o cülədən keşmiş baş nazirin məsuliyyətsiz bəyanatlarından narahat olduğunu söyləyib: "Onlar nüvə silahının yaradılma imkanına və ya "çirkli bomba"ya sahib olduqlarını bəyan edirlər. Düşünürəm ki, Metsamor AES-in cəlb etməklə  radioaktiv komponentlərlə təchiz edilmiş döyüş vasitələrinin yaradılması üzrə bu cür eksperimentlərin bütün dünyada hansı fəsadlar yarada biləcəyini sübut etməyə ehtiyac yoxdur”.  

0
29