Nazir: Bu il Azərbaycana turist axını çox olacaq

Nazir: Bu il Azərbaycana turist axını çox olacaq

"Baxmayaraq ki, il olduqca çətin idi".

Dünyada gedən iqtisadi və maliyyə böhranlarının mövcud olduğu dövrdə ümümilikdə turizm sənayesinin inkişafı daha çox davamlı xarakter daşıyır.

Dünya turizmi ildə təxminən 4%-ə qədər artmaqdadır.

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

"Bir neçə gün bundan öncə Ümumdünya Turizm Təşkilatı keçən ilin statistikasını açıqladı. Azərbaycanın keçən il əldə etdiyi göstəricilər bizi sevindirdi.

Baxmaraq ki, il olduqca çətin idi. Azərbaycanın ÜDM-sində turizmin payı kifayət qədər artıb. Azərbaycanda qeyri-neft sektorunun inkişaf strategiyasında turizm özünəməxsus yer tutub.

Dünyada gedən iqtisadi proseslərə baxmayaraq, bu proses səngimir, səyahətə gedən insanların sayı azalmır", - deyə nazir qeyd edib.

"Bu il biz ötən ilə nisbətən ölkəyə daha çox turist axını gözləyirik",- deyə Ə.Qarayev bildirib.

Ülviyyə R. Əli

Mənbə:
0
21