Ramiz Fətəliyevin 70 illiyi qeyd olundu

Ramiz Fətəliyevin 70 illiyi qeyd olundu

Nizami Kino Mərkəzində xalq artisti Ramiz Fətəliyevin 70 illiyinə həsr olunan tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova, Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemət və başqaları iştirak edib.

Tədbirdə xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək sənətkarın çoxşaxəli yaradıcılığından danışıb, R. Fətəliyevi təbrik edib. O qeyd edib ki, rejissor və ssenarist kimi R. Fətəliyevin Azərbaycan kinosunun inkişafında danılmaz xidmətləri var.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək R.Fətəliyevin Azərbaycan kino mədəniyyəti tarixindəki fəaliyyətindən söz açıb. Nazir qeyd edib ki, R. Fətəliyevin gördüyü işlər hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilib.

R.Fətəliyev tədbirin təşkilatçılarına və yubiley tədbirində iştirak edənlərə təşəkkürünü bildirib. Tədbirdə sənətkarın ssenari müəllifi və rejissoru olduğu filmlərdən fraqmentlər nümayiş olunub.

0
41