AÇ-2016: Rusiya millisinə xüsusi nəzarət

AÇ-2016: Rusiya millisinə xüsusi nəzarət

UEFA-nın Tibbi məsələlər və Antidopinq şöbəsinin rəisi Mark Vuyamoz Avropa çempionatı müddətində Rusiya millisinin xüsusi nəzarətdə olacağını bildirib. Apasport.az saytının məlumatına görə, bu barədə “TASS” agentliyi xəbər yayıb.

“Rusiyada baş verən dopinq qalmaqallarından xəbərimiz var. Biz davamlı olaraq Britaniya Antidopinq agentliyi ilə əlaqə saxlayırıq. Rusiya millisi çempionat vaxtı xüsusi nəzarətimizdə olacaq” – deyə ali futbol qurumunun rəsmisi bildirib.

0
14