Tvinninq layihəsi çərçivəsində görüş keçirildi – FOTO

Tvinninq layihəsi çərçivəsində görüş keçirildi – FOTO

Görüşdə ­mədəni irsin qorunmasına dair müzakirələr aparılıb.

2016-2017-ci illərdə italiyalı ekspertlə­rlə birgə “Mədəniyyət sektorunun siyasət­i və idarə olunması sisteminin modernləş­dirilməsində Azərbaycan Respublikasının ­Mədəniyyət və Turizm Nazirliyinə dəstək”­ adlı Tvinninq layihəsi həyata keçiri­lir.

Oxu.Az xəbər verir ki, iyunun 7-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalov Tvinninq layihəsininin yerli müşaviri Alessa­ndro Bianki və layihə ekspertləri Miçela Diodato, Elisa Petruçi ilə görüşüb.

Görüşdə ­mədəni irsin qorunması və mə­dəniyyət sahəsində idarəetmənin təkmillə­şdirilməsinə dair 2016-2017-ci illəri əh­atə edəcək Tvinninq layihəsi ilə bağlı müzakirələr aparılıb.

Müzakirələr zamanı Vüqar Zeynalov layihənin əhəmiyyəti və potensialını yüksək qiymətləndirib, onun uğurla həyata keçi­rilməsinin mədəniyyət sahəsinin idarə ed­ilməsində, mədəni irsin qorunmasında Azərbaycanın dünyanın ən qabaqcıl təcrübə­sinə yiyələnməsinə kömək edəcəyini bildirib. 

Layihə eksperti Azərbaycanın zəngin mədəni irsə sahib olduğunu qeyd edərək, paytaxt Bakıda görülən işlərdə xüsusi həssaslıq göstəriləcəyini bildirib. 

Qeyd edək ki, layihə Avropa Komi­ssiyası ilə razılaşdırılmış və Nazirlər ­Kabineti tərəfindən  təsdiqlənib. İki il davam edəcək layihə mədəniyyətin müxtəlif sahələrində idarəetmə sisteminin daha da təkmilləşdirilməsinə yönəlib. 

0
24