Polisin tələbinə əməl etdi, radara düşdü - VİDEO

Polisin tələbinə əməl etdi, radara düşdü - VİDEO

Sürücü haqlı olarsa o, inzibati məsuliyyətdən azad edilir.

Bəzən yollarda yaranan tıxacları aradan qaldırmaq üçün hərəkəti tənzimələyən yol polisi əməkdaşı avtomobillərin qoşa xəttin tələbini pozaraq qarşı yola çıxmasına icazə verir. Növbəti süjetimizin qəhrəmanı da iddia edir ki, məhz belə bir situasiyada qarşı yola çıxıb. Amma bir neçə gündən sonra yol hərəkət qaydalarını pozması ilə bağlı onun ünvanına protokol göndərilib. Bəs belə olan halda həmin cərimə ödənilməlidirmi?

Ceyhun Mirzəyev iddia edir ki, bir neçə gün əvvəl paytaxtın Nəsimi rayonu Bakıxanov küçəsində xidmətdə olan yol polisləri ona və digər sürücülərə əks yola çıxmaları üçün işarə veriblər.

Sürücüyə gələn protokoldakı şəkildə də, Səməd Vurğun küçəsi ilə Bakıxanov küçələrinin kəsişməsində nizamlayıcı-inspektor görünür. Sürücü Ceyhun Mirzəyev bununla bağlı Baş Dövlət Yol Polis İdarəsinə müraciət edib.

Qeyd edək ki, hər gün günün pik saatlarında sözügedən küçədə yol polisi sıxlıq yaşanmasın deyə sürücülərə bu cür hərəkət etmələrinə göstəriş verir. Onda belə çıxır ki, bir çox sürücü haqsız yerə radara düşür. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsdovun sözlərinə görə belə halla rastlaşan sürücülər cəriməni ödəməzdən əvvəl yol polis idarəsinə müraciət etməlidirlər.

Bölmə rəisi onu da qeyd etdi ki, əgər bu cür vəziyyətdə elektron protokol tərtib edən “MMX” radara düşməsi ilə bağlı sürücünün ünvanına məktub gəlirsə həmin radarın da video görüntülərinə baxış keçirilir. Sürücü haqlı olarsa o, inzibati məsuliyyətdən azad edilir.

Oxu.Az “Xəzər Xəbər”ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterilaı təqdim edir:

0
18