Ceyranbatan su anbarının ətrafında yanğın başlayıb

Ceyranbatan su anbarının ətrafında yanğın başlayıb

Yanğının söndürülmə işləri davam etdirilir.

Abşeron rayonunda, Ceyranbatan su anbarının ətrafında kol-kos və qismən ağaclıq sahədə yanğın başlayıb. 

Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hazırda hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub. 

Yanğının söndürülmə işləri davam etdirilir.

0
29