Cənubi azərbaycanlılar erməni futbolçuya qarşı ayağa qalxdılar – VİDEO

Cənubi azərbaycanlılar erməni futbolçuya qarşı ayağa qalxdılar – VİDEO

“Traktor Sazi”nin matçlarında daim Azərbaycana dəstək şüarları səslənir.

Yerevanın “Pünik” klubu və Ermənistan yığmasının futbolçusu Varazdat Aroyanın Təbrizin “Traktor Sazi” klubuna keçməsi barədə razılıq pozulub.

Oxu.Az İran KİV-ə istinadən xəbər verir ki, bu barədə “Traktor Sazi”nin prezidenti Mustafa Acorlu bildirib.

Onun sözlərinə görə, buna komandanın əksəriyyəti azərbaycanlılar olan azarkeşlərinin etirazı səbəb olub.

Qeyd edək ki, bundan əvvəl “Traktor Sazi”nin rəsmi saytı Varazdat Aroyanın klubla ikiillik müqavilə imzalaması barədə xəbər yaymışdı.

Məlum olduğu kimi, İran rəhbərlərinin çoxsaylı qadağalarına baxmayaraq, “Traktor Sazi”nin matçlarında daim Azərbaycana dəstək şüarları səslənir.

0
30