Berlində “DQR”in bayrağını qaldırdılar – FOTO

Berlində “DQR”in bayrağını qaldırdılar – FOTO

Aksiya keçirilib.

Bu gün Almaniyanın paytaxtı Berlin şəhərində Azərbaycan diaspor təşkilatlarının birgə təşkil etdiyi aksiya ilə eyni vaxtda “Sərhədsiz Reportyorlar” təşkilatı Azərbaycan əleyhinə piket keçirməyə cəhd edib. 

Bu barədə Oxu.Az-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, “Sərhədsiz Reportyorlar”ın təşkil etdiyi aksiyada qondarma “Dağlıq Qarabağ Respublikası”nın “bayrağı” qaldırılıb.

Azərbaycan diasporunun nümayəndələri təşkilatın üzvlərinə yaxınlaşaraq, separatçı rejimin “bayrağı”nını hansı məqsədlə bu aksiyaya gətirildiyinə dair izahat istəyiblər: 

“Sərhədsiz reportyorlar” təşkilatının üzvləri azərbaycanlıların təkidli sorğularına sükutla cavab veriblər. Yalnız soydaşlarımızın təkidli etirazlarından sonra təşkilat üzvləri “bayrağı” yığışdırıblar”.

Qeyd olunub ki, Azərbaycan diaspor təşkilatları “Sərhədsiz Reportyorlar”ın təşkil etdiyi aksiyada baş verən bu insidentlə bağlı təşkilatın mərkəzi ofisinə xüsusi sorğu göndərməyi planlaşdırır.

Sorğuda qurumun təşkil etdiyi bir aksiyada separatçı rejimə dəstək ifadə edilməsinə dair izahat verilməsi tələbi əksini tapacaq.

0
18