İstanbuldakı terrora görə 4 nəfər saxlanıldı

İstanbuldakı terrora görə 4 nəfər saxlanıldı

İstanbulda baş verən terrorla bağlı 4 nəfər saxlanılıb.

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, həmin şəxslər terrorda istifadə edilən maşının kirayəyə götürülməsi faktı ilə əlaqədar göz altına alınıblar.

Qeyd edək ki, bu gün İstanbulda polis maşınına bombalı hücum təşkil edilib. Hadisə nəticəsində 12 nəfər həlak olub, 39 nəfər isə yaralanıb. Onlardan 3-nün vəziyyəti ağırdır. Terror zamanı ölənlərdən birinin Azərbaycan vətəndaşı olduğu bildirilir.

0
15