Səhiyyə Nazirliyi: Ana ölümləri 10 dəfədən çox azalıb

Səhiyyə Nazirliyi: Ana ölümləri 10 dəfədən çox azalıb

Praktik təlimlər keçiriib.

Ana və uşaqların sağlamlığının qorunması dövlətin ən prioritet sahələrindəndir. Həyata keçirilmiş tədbirlər nəticəsində respublikada ana və körpə ölümü göstəriciləri azalıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, ölkəmizdə ana və uşaqların sağlamlığının qorunması sahəsində həll olunmalı problemlər bu gün də mövcuddur. 

Belə ki, perinatal yardımın keyfiyyətinin yaxşılaşdırılması və bu xidmətdə çalışan tibb işçilərinin peşə biliklərinin artırılması istiqamətində aparılan tədbirlərin davamlığının təmin edilməsi, beynəlxalq diridoğulma meyarlarına keçid vasitəsilə Azərbaycanda perinatal və uşaq statistik göstəricilərinin Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi standartlara uyğunlaşdırılması, antenatal dövrdə hamilə qadınların sağlamlığına təhlükə yarada bilən patoloji vəziyyətlərin vaxtında aşkarlanması işinin təkmilləşdirilməsi, doğuşayardım xidməti müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, təchizatının yaxşılaşdırılması və digər məsələlərin həyata keçirilməsi vacib olan tədbirlərdir.

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun mamalıq-ginekologiya və anesteziologiya-reanimatalogiya kafedralarının əməkdaşları regionlara bir neçə dəfə ezam olunub, yerli mütəxəssislərə müvafiq kömək göstəriblər.

Eyni zamanda institutun əməkdaşları yerlərdə həkimlərin fəaliyyətinin təhlilini aparıb və hesabatlarında problemləri müsbət həlli üçün müvafiq təkliflər veriblər. Təkliflərdən biri də Respublikamızda ana ölümlərini azaltmaq məqsədi ilə qardaş Türkiyə dövlətində tətbiq olunan “Təxirəsalınmaz mamalıq hadisələrində baş verən qanaxmalarda cərrahi müdaxilə layihəsi”ndən nümunə kimi istifadə etmək olub. Bu layihənin “Anadolu Kuzey Kamu Hastaneler Birligi”ndə tətbiqi nəticəsində Türkiyənin ən yüksək ana ölümü olan Orta Doğu Anadolu bölgəsində peripartum qanaxmalarla bağlı olan ana ölümləri və travmatizmləri əhəmiyyətli dərəcədə azalıb.

Layihə çərçivəsində çanaq cərrahiyəsində qanamanı dayandıra bilən qadın xəstəlikləri və doğum həkimlərinin sayını artırmaq üçün nəzəri və praktik təlimlər keçiriib. Nəticədə həkim təcrübəsizliyi ilə bağlı olan ana ölümləri 10 dəfədən artıq azalıb.

0
22