“ASAN Könüllüləri” Uqandada – FOTO

“ASAN Könüllüləri” Uqandada – FOTO

“Hər il Uqandada minlərlə şəxs içdiyi sudan həyatını itirir”.

“Afrikaya bir sovqat, bir tәbәssüm dә sәn oyat” adlı beynәlxalq yardım kampaniyası çərçivəsində Uqandada su quyusunun qazılması üçün hazırlıqlar başlayıb.

Oxu.Az xəbər verir ki, bu səbəblə, “ASAN Könüllüləri” Təşkilatının sədri Bəxtiyar İslamov və idarə heyətinin üzvü İbrahim İbrahimov Uqandanın  Jinja, Kamuli, İganga ve bir sıra başqa bölgələrində olublar.

“ASAN Könüllüləri” təşkilatının sədri Bəxtiyar İslamov sosial şəbəkədə səfərlərilə bağlı öz təəssüratlarını  bölüşüb:

“Hər il Uqandada minlərlə şəxs içdiyi sudan həyatını itirir. Bu insanların çoxunun yaşı 15-dən azdır. Sadəcə, 4 gündür buradayıq, amma bir şey ilk saatlardan bizə tam aydın idi: “Sağlam Yaşamaq” Uqandadakı insanlar üçün ən böyük xoşbəxtlikdir.

Şəkildə gördüyünüz uşaqların hamısı qəbul etdikləri sudan yaranan bir çox xəstəliklərin qurbanıdırlar və hər gün bu xəstəliklər onları bizim aramızdan həmişəlik ayırır, yüz minlərlə öz yaşıdları kimi. Amma bir şey tamamilə aydındır: onlar həqiqətən yaşamaq üçün mübarizə aparmağa hazırdırlar.

“ASAN Könüllüləri” olaraq bura gəldiyimiz ilk gündən açacağımız yeni su quyusu ilə bizim də məqsədimiz birdir: bu insanların ümidli mübarizəsinə dəstək olmaq. Bu insanlar körpəlikdən mübarizə aparırlar. Elə bu şəkildə olduğu kimi, onlar hər şeyə baxmayaraq həyata gülümsəyirlər, bütün çətinliklərə qarşı, bizimlə birlikdə”.

Aytən Sadıqzadə

0
19