Azad Rəhimov: Növbəti Avropa Oyunlarını yalnız Rusiya keçirməlidir

Azad Rəhimov: Növbəti Avropa Oyunlarını yalnız Rusiya keçirməlidir

“Bu idmançılar üçün gözəl yarışlar və böyük yarış təcrübəsidir”.

2019-cu ildə keçiriləcək İkinci Avropa Oyunları yalnız Rusiyada keçirilməlidir.

Oxu.Az xəbər verir ki, bu fikri TASS-a Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib. 

Birinci Avropa Oyunları Bakıda 2015-ci ilin 12-28 iyun tarixlərində keçirilib. Daha öncə Rusiyanın idman naziri Vitali Mutko bəyan edib ki, Rusiya Avropa Oyunları-2019-u keçirməyəcək. 

“İkinci Avropa Oyunları yalnız Rusiyada keçirilməlidir. Əgər Rusiya imtina edirsə, bu mənim səlahiyyətimdə deyil. Amma bu, idmançılar üçün gözəl yarışlar və böyük yarış təcrübəsidir, axı onlar üçün Olimpiya kəndində yaşamaq vacibdir”, - Rəhimov deyib. 

“Mən əminəm ki, Avropa Oyunlarında iştirak edənlər, olimpiadada yaxşı nəticələr göstərəcəklər. Yəni, bu həyatda və bu atmosferdə iştirak öz sözünü deyəcək. Avropa Oyunları lazımdır, onların yaxşı gələcəyi olmalıdır.

Düşünürəm ki, Rusiya bu planda idmançılara yardım edəcək, Kazan da bu oyunları dəstəkləyəcək”, - Azərbaycanın idman naziri əlavə edib. 

Xatırladaq ki, I Avropa Oyunları Bakıda 2015-ci ilin 12-28 iyun tarixlərində keçirilib. 

0
24