Azərbaycan XİN-i İstanbul terrorunu qınadı

Azərbaycan XİN-i İstanbul terrorunu qınadı

“Qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı veririk”.

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin İstanbul şəhərində törədilən terror aktını pisləyib. 

Oxu.Az-ın məlumatına görə, nazirliyin yaydığı bəyanatda deyilir ki, Azərbaycan XİN İstanbul şəhərində törədilən qanlı terror aktını qəti şəkildə qınayır.

“Bu terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik.

Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini dəstəkləyir.

Bu partlayış nəticəsində yaralanan və ya həlak olanlar sırasında Azərbaycan Respublikası vətəndaşının olması ölkəmizin İstanbuldakı Baş konsulluğu tərəfindən Türkiyənin rəsmi dövlət qurumları vasitəsilə araşdırılır”.

0
15