Bakıda Nigeriya vətəndaşını döyərək pulunu alıblar

Bakıda Nigeriya vətəndaşını döyərək pulunu alıblar

Nəcəfov ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən isti izlərlə tutulub.

Bakıda Nigeriya vətəndaşına qarşı quldurluq edilib.

Oxu.Az xəbər verir ki, Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bülbül prospektində qeydə alınıb.  Şəxsiyyəti məlum olmayan 2 nəfər Nigeriya vətəndaşı Feliks Stivensi döyərək 200 manat pulunu alıb. 

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədənlərdən biri, Sumqayıt şəhər sakini Əmirulla Nəcəfov ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən isti izlərlə tutulub.

Hadisənin digər iştirakçısı, Sumqayıt şəhər sakini Vidadi Hüseynovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

0
35