Lavrov rayonlarımızın işğaldan azad edilməsindən danışdı

Lavrov rayonlarımızın işğaldan azad edilməsindən danışdı

“Masada danışıqların bir neçə variantı qalır”.

Qarabağ ətrafı rayonların azad olması, eyni zamanda da status məsələsini həll etmək Dağlıq Qarabağ münaqişəsi zonasında yaranmış vəziyyətdə dönüş yaratmaq imkanı verə bilər. 

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov TASS-ın baş direktorunun müavini Mixail Qusmana müsahibəsində bildirib. 

“Prezident Putin, ona qədər isə Medvedyev müxtəlif ideyaları irəli sürüblər, bu ideyalar Qarabağ ətrafı rayonların azad olması, eyni zamanda da status məsələsini həll etmək Dağlıq Qarabağ münaqişəsi zonasında yaranmış vəziyyətdə dönüş yaratmaq imkanı verə bilər. Təfərrüatlara varmayacam, amma masada danışıqların bir neçə variantı qalır, biz dünən Azərbaycan prezidenti ilə görüşdə bunlara toxunduq. Səylərimizi davam etdirəcəyik”, - o qeyd edib. 

Lavrov bildirib ki, indi əsas vəzifənin yeni təcavüz qığılcımının alışmasına yol verməməkdir.

“Hələ 3-4 il bundan öncə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə keçirilən görüşlərdə verilmiş birgə bəyanatlarda yer almış məsələlərə qayıtmaq vacibdir. Siyasi tənzimləmə, bu vəziyyətdə dönüş nöqtəsinin yaradılmasına dair axtarışlar fonunda, təmas xəttində etibar tədbirləri ilə əlaqədar məsələlər də müzakirə edilib. Ölənlərin olduğu nəzərdə tutulur, belə ki, çoxdandır ki, hər iki tərəfdən ölənlərin olması ilə nəticələnən hadisələr baş vermirdir. Əsir götürülən insanlar da var”, - nazir vurğulayıb.
 
Onun sözlərinə görə, snayperlərin təmas xəttindən çıxarılması ideyası da var idi.

“İnsanların nişangaha baxaraq bir-birini hər saat, hər dəqiqə görmələri çox risklidir, kiminsə əsəbləri dözməyə bilər. Belə addımlar çoxdan planlaşdırlıb və yeri gəlmişkən, Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri (Rusiya, Fransa, ABŞ) ilə konkret addımların atılmasına hazırlıq gedirdi. Bu sona qədər təsdiqlənməmiş sənəddir, amma bu sənəd mövcuddur və onun üzərində artıq bir neçə ildir ki iş gedir”, - Lavrov əlavə edib. 

Düşünürəm ki, hazırkı vəziyyət bizi bu tədbirləri təsdiqləməyə və həyata keçirməyə təhrik edəcək, deyə Lavrov bildirib.

“Mən bu məsələyə dünən İlham Əliyev ilə görüşdə toxunmuşam. O, bu yanaşmanı dəstəklədi. Əlbəttə, biz bu tədbirləri status-kvonun əbədiləşdirilməsi üçün deyil, bunu heç kim istəmir, bunu siyasi proses üçün daha əlverişli şəraitin yaradılması üçün tətbiq edəcəyimizi nəzərə almaq lazımdır. Bu şəraitdə Rusiya, üç həmsədrin (Minsk qrupunun) səylərindən başqa, öz təşəbbüslərini də irəli sürür”, - rusiyalı nazir bildirib. 

0
15