Ermənistanda daha bir yüksək vəzifəli məmur işdən çıxarıldı

Ermənistanda daha bir yüksək vəzifəli məmur işdən çıxarıldı

Movsesyanın adı rüşvət qalmaqalında hallanır.

Ermənistan Mülki Aviasiyasının Baş İdarəsinin rəhbəri Artyom Movsesyan vəzifəsindən azad edilib. 

Oxu.Az xəbər verir ki, bu barədə “Qrapark” qəzeti yazır. 

“Mülki Aviasiyanın Baş İdarəsi dünən rüşvət qalmaqalı barədə dərc etdiyimiz yazını nə qədər təkzib etsə də, 12 il stajı olan Artyom Movsesyanın vəzifədən azad edilməsi barədə qərar verilib. 

Böyük ehtimalla, tezliklə bu qərar elan olunacaq. Movsesyanın yerinə iqtisadiyyat nazirinin müavini Sergey Avetisyanın rəhbər təyin ediləcəyi iddia edilir”, - qəzet yazır.

Qəzetin məlumatına görə, Movsesyan rüşvət almaqda ittiham olunur.

0
8