XİN: İstanbul terrorunda Azərbaycan vətəndaşının ölməsi və ya yaralanması faktı araşdırılır

XİN: İstanbul terrorunda Azərbaycan vətəndaşının ölməsi və ya yaralanması faktı araşdırılır

Müvafiq orqanlara təlimat verilib.

Türkiyənin İstanbul şəhərində baş vermiş terror aktı zamanı Azərbaycan vətəndaşının ölməsi və ya yaralanması barədə KİV-də yayılan məlumat Azərbaycanın Türkiyədəki Səfirliyi və İstanbuldakı Baş Konsulluq tərəfindən Türkiyənin müvafiq orqanları vasitəsi ilə araşdırılır.

Bu barədə Oxu.Az-a Azərbaycan Xarici İşlər Nazilriyinin mətbuat katibi Hikmət Hacıyev bildirib. 

Qeyd edək ki, bu gün səhər saatlarında İstanbulun Veznecilər məhəlləsində bir-birinin ardınca 2 partlayış baş verib. Hadisə nəticəsində 11 nəfərə ölüb, 36 nəfər yaralanıb. NTV kanalının məlumatına əsasən, yaralananlardan biri Azərbaycan vətəndaşıdır.

0
16