Aktobedə məhv edilən ekstremistlərin sayı 13-ə çatdı

Aktobedə məhv edilən ekstremistlərin sayı 13-ə çatdı

Yeddi nəfər axtarışdadır.

Qazaxıstanın hüquq-mühafizə orqanı əməkdaşları terror əleyhinə əməliyyat çərçivəsində Aktobedə terror aktı törədən 13 ekstremist məhv edilib. 

Oxu.Az xəbər verir ki, bu barədə çərşənbə axşamı “İnterfaks” Qazaxıstan DİN-nin mətbuat katibi Almas Sadubayevə istinadən məlumat yayıb. 

“Bu gün üçün hücum edənlərdən 13 cinayətkar öldürülüb, dörd nəfər yaralanıb, yeddi nəfər axtarışdadır. Onların saxlanılması üçün bütün tədbirlər həyata keçirilir”, - Sadubayev qeyd edib. 

O bildirib ki, saxlanılan səkkiz nəfərin hücumlara aidiyyatı yoxlanılır.  

Daha öncə verilən məlumata görə, 9 ekstremist terror əleyhinə əməliyyat zamanı iyunun 5-də və 6-da məhv edilib.

Ekstremistlər birinci silah mağazasına hücum edərək satıcını öldürüblər, hadisə yerinə gələn polis işçilərindən birini güllələyiblər, ikincisini isə yaralayıblar, sonra daha üç polisi yaralayıblar. 

Onlar mağazadan 17 ədəd odlu silah, 3 qaz tapançası, güllə və bıçaqlar götürüblər.

Bundan sonra ekstremistlərin bir hissəsi növbəti silah mağazasına hücum ediblər və orada olan müştərilərdən birini öldürüblər. Digər qrup isə avtobusu ələ keçiriblər, avtobusda hərbi hissəyə hücum edərək milli qvardiyanın hərbçiləri ilə döyüşə giriblər. Atışma zamanı üç hərbçi ölüb. 

0
9