Ordu zabiti ABŞ-ın ən gözəl qızı seçildi - FOTO

Ordu zabiti ABŞ-ın ən gözəl qızı seçildi - FOTO

Müsabiqədə 51 iştirakçı birincilik uğrunda mübarizə aparıb.

Kolumbiya dairəsinin təmsilçisi və ordu zabiti Deşona Barber 65-ci “Miss ABŞ” gözəllik müsabiqəsinin qalibi olub.

Oxu.Az xəbər verir ki, müsabiqədə 51 iştirakçı birincilik uğrunda mübarizə aparıb.

D.Barber Fort-Middə Milli Təhlükəsizlik agentliyinin qərargahında maddi-texniki təminat üzrə baş əməkdaş vəzifəsində çalışır. Gənz qız həmçinin ölkənin Ticarət nazirliyində İT-analitik kimi işləyir. 

Barber Virciniya universitetini bitirib. O rəqs etməyi, açıq havada gəzməyi və ailəsi ilə vaxt keçirməyi xoşlayır.

Müsabiqədə ikinci yeri Corciya ştatının təmsilçisi Emani Devis, üçüncü isə Havay adaları sakini Çelsiya Xardin tutub.

0
43