Yeni transfer “Arsenal”a baha başa gəldi

Yeni transfer “Arsenal”a baha başa gəldi

“Arsenal”ın yeni transferi Ceymi Vardinin London klubunda qazancı məlum olub. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, “Lester”dən transfer edilən təcrübəli forvard “topçular”a 55 milyon avroya başa gələcək.

Bunun 25 milyonu onun transferinə xərclənəcəksə, 29 yaşlı forvardın özü 30 milyona sahib çıxacaq. Belə ki, 4 illik müqaviləyə qol çəkən Vardinin “Arsenal”da illik məvacibi 7,5 milyon avro olacaq.

Vardinin paytaxt klubunda tibbi baxışdan keçdiyi bildirilsə də, bu baş tutmayıb. Səbəb oyunçunun İngiltərə yığmasının heyətində Avropa çempionatı üçün Fransaya yollanmasıdı.

0
22