İDEA və “Təmiz Şəhər”in əməkdaşları çimərlikləri tullantılardan təmizlədilər

İDEA və “Təmiz Şəhər”in əməkdaşları çimərlikləri tullantılardan təmizlədilər

“Sahillər təmiz qalsın”.

Çimərlik mövsümünün açılışı ilə əlaqədar, 5 iyun tarixində - “Ümumdünya ətraf mühitin mühafizəsi günü”ndə IDEA İctimai Birliyi və “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə Buzovna çimərliyi ərazisində ənənəvi təmizlik aksiyası keçirilib.

Oxu.Az xəbər verir ki, Aksiya BMT-nin "Dəniz tullantıları üzrə qlobal əməkdaşlıq" proqramının fəaliyyətinə dəstək olaraq təşkil edilib.

“Sahillər təmiz qalsın” şüarı altında 100-dən çox könüllünün iştirakı ilə keçirilən tədbirin əsas məqsədi sahilyanı ərazilərin çirkləndirilməsi və zibillənməsinin qarşısının alınması, o cümlədən dəniz sahillərində təmizliyə riayət olunması ilə bağlı ictimaiyyətin maarifləndirilməsi olub. Belə ki, sahillərdə təmizliyə riayət olunmaması sanitar problemlərlə yanaşı, dəniz ətraf mühitinin, eləcə də onun flora və faunasının zərər çəkməsinə səbəb olur.

Zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları topladıqları tullantılar xüsusi nəqliyyat vasitələri ilə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verilib.

0
28