Azərbaycan suvarma sistemlərini təkmilləşdirəcək

Azərbaycan suvarma sistemlərini təkmilləşdirəcək

Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyində xüsusi təkliflər hazırlanır.

Kənd Təsərrüfatı Nazirliyi ölkədə suvarma sistemlərinin təkmilləşdirilməsinə dair xüsusi təkliflər hazırlayır. 

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov deyib. 

Nazir bildirib ki, hazırda müvafiq qurumların iştirakı ilə Kənd Təsərrüfatı Nazirliyi təkliflər layihəsi üzərində işləyir. 

"Deyə bilərəm ki, suvarma avadanlıqlarının alınması və quraşdırılmasında radikal addımların atılması planlaşdırılır", - deyə H.Əsədov bildirib.

0
19