Bakıda evi yardılar: 16 min manat oğurlanıb

Bakıda evi yardılar: 16 min manat oğurlanıb

Hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb.

Bakıda mənzildən külli miqdarda pul və qızıl oğurlanıb.

Oxu.Az xəbər verir ki, Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb. 

Qəsəbə sakini Tünzalə Nəhmətovanın evinə pəncərədən daxil olan naməlum şəxs və ya şəxslər 16 min manat pul və xeyli miqdarda qızıl-zinət əşyaları aparıblar.

Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışları davam etdirir.

0
11