Sarkisyan Təhlükəsizlik Şurasına yeni katib təyin etdi

Sarkisyan Təhlükəsizlik Şurasına yeni katib təyin etdi

O, ərazi idarə naziri və baş nazirin müavini vəzifəsində çalışıb.

Ermənistan prezidenti Serj Sarkisyan Armen Qevorkyanın ölkənin Milli Təhlükəsizlik Şurasına katib seçilməsi barədə fərman imzalayıb.       

Oxu.Az Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb. 

Qeyd edək ki, Qevorkyan 1997-ci ildən 2014-cü ilə qədər Ermənistanın dövlət idarəsində baş nazirin köməkçisi, prezident müşaviri, prezidentin birinci köməkçisi, prezident administrasiyasının rəhbəri, Milli Təhlükəsizlik Şurasının katibi, ərazi idarə naziri və baş nazirin müavini vəzifəsində çalışıb.

0
20