Ermənistan Dövlət elm komitəsi: Yerevanın nüvə silahı yoxdur

Ermənistan Dövlət elm komitəsi: Yerevanın nüvə silahı yoxdur

“Nüvə silahına sahib olmaq üçün külli miqdarda vəsait olmalıdır”.

Ermənistanın nüvə silahı yoxdur və respublika onu yaratmağı düşünmür, bununla yanaşı, ölkədə nüvə fizikası üzrə mütəxəssislər var. 

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Dövlət elm komitəsinin sədri Samvel Artunyan bazar ertəsi bəyan edib.

“Bizim nüvə fizikası üzrə gözəl mütəxəssislərimiz var, erməni əsilli mütəxəssislərin çoxu xaricdədir.

Nüvə silahına sahib olmaq üçün külli miqdarda vəsait olmalıdır. Bundan başqa, biz nüvə silahının istehsalı ilə məşğul olmayacağımıza, dinc əməklə məşğul olacağımıza dair razılaşma imzalamışıq”, - Artunyan “Birinci informasiya” kanalına müsahibə zamanı bildirib. 

Artunyan, həmçinin bildirib ki, hazırda Ermənistanda pilotsuz uçan aparatların sınağı keçirilir. 

“Bizdə çoxdandır ki, uçan aparatlar istehsal edilir və bu istiqamətdə işlər aparılır”, - o deyib. 

Daha öncə Ermənistan parlamentinin deputatı Qrant Baqratyan Ermənistanın guya ki nüvə silahı olduğunu bəyan edib. Ölkə parlamentinin vitse-spikeri və Respublika partiyasının mətbuat katibi Eduard Şarmazanov daha sonra bəyan edib ki, bu, Baqratyanın şəxsi fikridir və Ermənistan nüvə silahı istehsal etməyi planlaşdırmır. 

0
10