Miras kimə qalacaq? –Ortada 9 uşaq var

Miras kimə qalacaq? –Ortada 9 uşaq var

Bir neçə gün əvvəl 74 yaşında dünyasını dəyişən əfsanəvi boksçu Məhəmməd Əlinin ölümü belə bir sual yaradıb: “ Bəs geridə qalan 80 milyon dollarlıq mirasın taleyi necə olacaq?”

Lent.az-ın məlumatına görə, düz 4 dəfə evlənən Məhəmməd Əlinin 7 qızı və biri övladlıq olan iki oğlu var.

Əfsanəvi boksçunun tək bioloji oğlu isə ikinci evliliyindən olan 44 yaşlı oğlu Məhəmməd Əli Jr.dır.

 Ancaq Əli.Jr.-ın  2004-cü ildən bəri atası ilə əlaqəsinin olmadığı, atasının ona yardım etmədiyi və Çikaqoda maddi sıxıntılar içində yaşadığı deyilir.

Ali Jr. atasıyla münasibətinin pozulmasına əfsanəvi boksçunun həyat yoldaşı Loonienin səbəb olduğunu və atasının bütün mal varlığından məhrum edildiyini demişdi.

Qeyd edək ki, Məhəmməd Əli bu cümə Kentucky əyalətinin  Louisville kəndində dəfn ediləcək.

0
17