Azərbaycanlı model Nyu Yorkda podiuma çıxacaq

Azərbaycanlı model Nyu Yorkda podiuma çıxacaq

İyun 27-də dünyaca məşhur Calvin Kelinin yeni kolleksiyaları və moda nümayişləri olacaq. Lent.az-ın məlumatına görə, həmin kolleksiyaya və bu ilin sentyabrında Nyu Yorkda  təşkil ediləcək moda həftəsinə azərbaycanlı model Rəcəb Rəcəbli (Stefano Suaros) də qatılacaq.  Təmsilçimiz Nyu York moda həftələrində və Celvin Kleinin tanıtımlarında iştirak edəcək

Onu da əlavə edək ki, bu barədə Nyu York fashion life -in bas direktoru Dimitri Chkheidze xüsusi “Space” telekanalına müsahibə verib. Bundan başqa Rəcəb Rəcəbli Voga jurnalının üz qabığında, eyni zamanda Celvin Kleinin alt paltarlarının çəkildiyi fotosesiya həmin jurnalda işıq üzü görəcək. Daha sonra Barselonaya yola düşəcək həmvətənimiz Empori Armani firmasının alt və üst geyimləri ilə podiuma çıxacaq.

0
19