Ermənilər Azərbaycan polisini yaraladılar

Ermənilər Azərbaycan polisini yaraladılar

Nazir müavini ona baş çəkib.

Aprelin 6-da Goranboyun Tapqaraqoyunlu kəndinin atəşə tutulması nəticəsində xidməti vəzifəsini yerinə yetirən polis baş serjantı Ramiq Zeynalov da baş nahiyəsindən ağır yaralanıb və təcili olaraq Daxili İşlər Nazirliyinin (DİN) general-leytenant Arif Heydərov adına Respublika Hospitalına gətirilib.

Bu barədə Oxu.Az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

İntensiv terapiya şöbəsinə yerləşdirilən yaralıya cərrahi müdaxilə edilib, bütün digər lazımi tədbirlər görülüb.

Hazırda onun vəziyyəti orta ağırdır.

Aprelin 7-də R.Zeynalova baş çəkən respublika daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev onun səhhəti ilə maraqlanıb, tibb personalına müvafiq göstərişlərini verib.

0
126