“Qazaxıstan azadlıq ordusu” Nazarbayevə qarşı müharibə elan edib

“Qazaxıstan azadlıq ordusu” Nazarbayevə qarşı müharibə elan edib

“Bu, Nazarbayevin diktaturasına qarşı ilk döyüş idi”.

“Qazaxıstan azadlıq ordusu” adlı təşkilat beynəlxalq KİV-ə etdiyi müraciətdə Qazaxıstanın qərbində Aktobe şəhərində baş verən hadisələrə görə məsuliyyəti öz üzərinə götürüb.

Xatırladaq ki, Aktobedə iyunun 5-də axşam saatlarında iki silah mağazası qarət edilib və ekstremistlərlə hərbçilər arasında atışma baş verib. 

Oxu.Az xəbər verir ki, bu barədə “Azadlıq” radiosu məlumat yayıb. 

Müraciətdə, bunun “Nazarbayev diktaturası ilə” “Qazaxıstanın demokratik inkişaf yolunun tərəfdarlarının ilk döyüşü” olduğu deyilir. Bu təşkilat və onun müraciəti hansı kanalla ötürdüyü barədə məlumat dəqiqləşdirilmir. 

Total.kz agentliyi DİN dövlət dili və informasiya departamentinin direktoru Almas Sadubayevə istinadən yaydığı məlumata görə, Aktobedə terror aktı zamanı ölənlərin sayı 17 nəfərə çatıb - üç yerli sakin, üç hərbçi və 11 ekstremist. 

KİV-də, həmçinin müxtəlif məlumatlara istinadən hadisə zamanı 20-40 arası adamın müxtəlif xəsarətlər aldığı bildirilib. 

0
154