Samvel Babayan: Azərbaycan dünyada raketdən müdafiə üzrə dördüncü ölkədir

Samvel Babayan: Azərbaycan dünyada raketdən müdafiə üzrə dördüncü ölkədir

“Mən iqtisadiyyatımızın vəziyyətini əla bilirəm”.

Azərbaycan İsrailin raket əleyhinə müdafiə sisteminə malikdir. Mən onların Azərbaycan ərazisində hansı yerdə quraşdırıldıqlarını da deyə bilərəm. Əgər dünyada bu sistemə malik olan üç ölkənin olduğunu deyirlərsə, mən Azərbaycanın dördüncü ölkə olduğunu əlavə edə bilərəm. 

Oxu.Az 1in.am-a istinadən xəbər verir ki, bu barədə Dağlıq Qarabağa geri qayıdan separatçıların ordusunun sabiq komandanı Samvel Babayan deyib. 

Babayan həmçinin iddia edir ki, Ermənistanın lazımi silah almağa vəsaiti yoxdur, amma istək olsa, vəsait tapılar. 

“Mən iqtisadiyyatımızın vəziyyətini əla bilirəm və nə isə təklif edərkən rəqəmləri də təsəvvür edirəm, həmçinin bilirəm ki, bu vəsaiti tapmaq mümkündür. Bu vəsait var – onlar özlərinə nəzər salsalar, bu vəsait tapılacaq”, - o əlavə edib. 

0
11